20 Yanvar faciəsi Moskvada anılacaq (VİDEO)

20 Yanvar faciəsi Moskvada anılacaq (VİDEO)
06:16 13 Yanvar 2015
188 Dünya
Ölkə mətbuatı
A- A+

Rusiyada yaşayan azərbaycanlılar 20 Yanvar hadisələrinin 25-ci ildönümünə hazırlaşır. Sovet hökümətinin Bakıya ordu yeritmə qərarı o zaman Moskvada yaşayan həmvətənlərimizi bu haqsızlığa qarşı birləşdirmişdi. Heydər Əliyevin faciə ilə bağlı Moskvadakı məşhur bəyanatı isə dünya mətbuatında yer almışdı.

ANS TV-nin Moskva bürosunun məlumatına görə, ən böyük Azərbaycan diasporunun fəaliyyət göstərdiyi Rusiyada, xüsusilə də paytaxt Moskvada 20 Yanvar faciəsinin 25-ci ildönümünə hazırlıqlar gedir. O zaman proseslərin mərkəzində dayanan Moskva faciənin tarixində digər bir məqamla da yadda qalıb. Həmin günlər Azərbaycan xalqı adından ən ciddi bəyanatı bilavasitə imperiyanın mərkəzində, Moskvada yaşayan Heydər Əliyev verdi.

25 il öncə 19 Yanvar gecəsi Bakıda baş verən faciənin ertəsi günü aralarında ümumilli lider Heydər Əliyevin də olduğu yüzlərlə həmvətənimiz burda Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinin binası qarşısında toplaşmışdı. O zaman Heyder Əliyevin öz həyatını təhlükəyə ataraq sovet idarəçilərinin cinayət işlədiklərini açıq şəkildə bəyan etməsi bütün dünyada böyük reaksiyaya səbəb olmuşdu.

Heydər Əliyev 20 Yanvar faciəsilə bağlı Azərbaycanın Moskvadakı daimi təmsilciliyindəki tarixi çıxışıyla həm də o vaxtacan bölünmüş durumda olan Rusiyadakı Azərbaycan diasporunun birliyi üçün də sağlam bir təməl qoymuşdu. Moskvada yaşayan həmvətənlərimiz arasında 25 il öncə baş verən o hadisələri xatırlayanlar az deyil.

Diaspor fəalı Nübar Rüstəmov deyir ki, təşviş içindəydik, nə edəcəyimizi bilmirdik: “Gözləmədiyimzi bir halda umumili lider Heydər Əliyev ora gəldi və bəyanat verdi. Bu bəyanatında o sovet hökümətinin bu hərəkətini tənqid elədi. Onun bu çıxışından sonra biz də qorxmadan cəsarətlə Moskvada yaşayan digər millətlərə bu hadisəni danışırdıq”.

Qanlı faciənin 25-ci ildönümünü bu il daha geniş anım tədbirləriylə qeyd etməyə hazırlaşan diaspor fəalları hesab edir ki, sovet idarəçilərinin qanlı əməlləri barədə yerli sakinləri bir daha məlumatlandırmaq vacibdir. Bu məqsədlə çox sayda konfranslar və fotosərgilərin nümayişi nəzərdə tutulub.

“20 Yanvar faciəsinin 25-ci ildönümünü bu il geniş şəkildə qeyd etməyə hazırlaşırıq. Çox istərdik ki, Vahid Mustafayevin bu faciə ilə bağlı hazırladığı film Moskvada nümayiş olunsun” – deyə diaspor fəalı Elçin Cəlalov bildirib.

20 Yanvar faciəsinin qurbanları Rusiyanın digər şəhərlərində də böyük anım mərasimləriylə anılacaq.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR