Elə futbolçular var ki, Avropada futbol oynamaqdan imtina edirlər, idmanın şahının daha az populyar olduğu qitələrə üz tuturlar. Səbəblər isə müxtəlif olur.

Publika.az komanda.az-a istinadən sizə yaxın keçmişdə Avropa futbolunu başqa qitələrin futboluna dəyişən 6 ulduz futbolçunu təqim edir:

6. Fernando Torres

Karyerası ərzində “Atletiko”, “Çelsi”, “Milan” kimi klublarda çıxış etmiş ispaniyalı futbolçu Avropanı Yaponiyaya dəyişdi. 34 yaşlı hücumçu bir müddət əvvəl Yaponiyanın “Saqan Tosu” klubu ilə anlaşdı.

Avropa futbolunu başqa qitələrə dəyişən 6 futbolçu - FOTOLAR

5. Yannik Karrasko

“Atletiko”nun əvəzedilməz futbolçularından biri olduğu zaman yükək məvacib üçün Çinə getməyi üstün tutdu.

Avropa futbolunu başqa qitələrə dəyişən 6 futbolçu - FOTOLAR

4. Sebastian Covinko

İtaliyada adi bir futbolçu idi, Amerikada isə ulduz futbolçuya çevrildi. A Seriyasında özünü “tapa bilməyən” Sebastian 2015-ci ildə Amerikaya getdi və çempionatın ən yaxşı futbolçularından oldu.

Avropa futbolunu başqa qitələrə dəyişən 6 futbolçu - FOTOLAR

3. Oskar

“Çelsi”də 200-dən çox oyun keçirən braziliyalı, DÇ-2014-də ölkəsinin ən yaxşılarından olmuşdu. Karyerasının ən yaxşı dövründə Çinə getməyi üstün tutan futbolçu, indi gözlərdən uzaqdır.

Avropa futbolunu başqa qitələrə dəyişən 6 futbolçu - FOTOLAR

2. Aleks Teyşeyra

İki mövsüm əvvəl, transfer pəncərəsi dövründə “Çelsi”nin və “Liverpul”un əsas hədəfi idi. Eyni zamanda, İngiltərə mətbuatının gündəmini zəbt edirdi. O isə 50 milyon avro müqabilində Çin klubuna getdi. İndi onu itirib-axtaran yoxdur.

Avropa futbolunu başqa qitələrə dəyişən 6 futbolçu - FOTOLAR

1. Andres İnyesta

İllərlə “Barselona”nın kapitanı olan ispaniyalı futbolçu klubun əfsanəsinə çevrildi. Kataloniya klubundakı karyerasını bitirdikdən sonra “Avropada başqa klubda oynaya bilmərəm” deyərək, Yaponiyanın “Vissel Kobe” komandasını seçdi.

Avropa futbolunu başqa qitələrə dəyişən 6 futbolçu - FOTOLAR