"Arka Sokaklar" serialında polis obrazını canlandıran aktrisa Gamze Özçelik illər əvvəl aldığı evi xeyriyyə məqsədilə satıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, o, təsisçisi olduğu "Umuda Koşanlar" dərnəyini ayaqda saxlamaq üçün fədakarlıq edib.

Özçelik İstanbuldakı mənzilini 400 min TL-yə sataraq yardım fonduna bağışlayıb. Aktrisa afrikalı uşaqlar üçün belə addım atdığını qeyd edib.

Xatırladaq ki, Özçelik Qurban bayramında Keniyaya 100 min TL dəyərində qida və geyim köməkliyi etmişdi.

Milli.Az