FHN-in keçmiş əməkdaşına cinayət işi açıldı

FHN-in keçmiş əməkdaşına cinayət işi açıldı
16:29 23 Aprel 2015
46 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı şəhər sakininin Fövqəladə Hallar Nazirliyinin keçmiş əməkdaşı tərəfindən ona qarşı yol verilmiş qanunsuz hərəkətləri barədə 161 saylı “Qaynar xətt” əlaqə mərkəzinə daxil olmuş müraciəti üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb.

 

Baş Prokurorluğun mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, FHN-dən Baş Prokurorluğa daxil olmuş eyni məzmunlu müraciət üzrə aparılmış araşdırmalar zamanı Anar Allahverdiyevin FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin Çevik xilasetmə idarəsində bölmə rəisi vəzifəsində işləyərkən qulluq mövqeyindən istifadə etməklə Bakı şəhər sakinini həmin xidmətə işə qəbul etdirmək adı ilə aldadaraq 8 min manat məbləğində pulunu ələ keçirməsində şübhələr üçün əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə cinayət işi başlanıb.

 

Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/200332

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR