Metbex sirleri: Sokoladli paxlava - FOTO

Metbex sirleri: Sokoladli paxlava - FOTO
07:05 13 Yanvar 2015
580 Sosial
Ölkə mətbuatı
A- A+

Milli.Az şokoladlı-fındıqlı paxlavanın hazırlanma qaydasını təqdim edir

Tərkibi:

1,5 st. şəkər tozu
1 st. su
3/4 st. bal
1 x.q. hil (yaşıl)
2 ç.q. limon şirəsi
1 limonun sedrası
1/4 ç.q. gül suyu
300 q kərə yağı
28 yarpaq filo xəmiri (hazır paxlava xəmiri)
2 st. fındıq
2 ç.q. darçın
1,5 plitka tünd şokolad

Şərbət:

Su, bal, şəkər tozu və hili qazana töküb orta itilikli ocağın üzərinə qoyun, qaynara düşəndən sonra qarışdıraraq 20 dəqiqə bişirin.

Ocaqdan götürüb limon şirəsi, sedrası və gül suyu əlavə edin, qarışdırıb cunadan süzün, soyudun.

İç:

Fındığı qovurun, azca soyuyandan sonra dəsmalın arasına qoyub ovxalayaraq qabığını təmizləyin. Blenderdə xırdalayın. Xırdalanmış şokolad və darçınla qarışdırın.

Xəmirin donunu açın.

Yağı əridin.

Formaya yağ çəkin. Aralarına yağ çəkməklə 8 lay xəmiri üst-üstə yığın. Fındıqlı-şokoladlı qarışığın 1/4-ni səpin. Üzərinə arasını yağlamaqla 4 lay xəmir qoyun + şokoladlı qarışıq + 4 lay xəmir +  şokoladlı qarışıq + 4 lay xəmir + şokoladlı qarışıq + 8 lay xəmir (8+4+4+4+8=28 lay xəmir + 4 lay şokoladlı qarışıq).

Paxlavanı kvadratlara, yaxud romblara bölün. 200-220 dərəcə qızdırılmış sobada üzəri qızaranadək bişirin.

Sonra şərbəti üzərinə gəzdirin. Hopmasını gözləyin.

Nuş olsun!

Resept: vk.com/academy_main

Milli.Az














Xəbərin orijinal ünvanı: http://news.milli.az/kilinariya/318495.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR