Bakıda kişi “Instagram”da tanış olub birlikdə yaşadığı qadını qətlə yetirib.
Belə ki, turizm şirkətlərindən birində çalışan Ayan (Adlar şərtidir) “Instagram”da tanış olduğu Tahir adlı şəxslə görüşməli idi. Tahir ona özünü İT mütəxəssisi kimi təqdim etmişdi.
Ayan işdən sonra Tahirlə restoranda görüşür. Tahir Ayana qarşı hisslərinin ciddi olduğunu deyir. Elə Ayanın da Tahiri bəyənməsi aralarında sevgi macərasının başlanğıcına səbəb olur.
Bu görüşdən sonra Ayan axşam Tahiri evinə dəvət edir və onlar intim münasibətdə olurlar.
Növbəti günün səhəri Tahir işinə, yəni avtoservisə gedir. O, işlədiyi bu emalatxanada Ayandan gizlətdiyi gündəlik həyatını yaşayırdı. Ayan istirahət günü olduğu üçün işə getmədi, Tahiri səbirsizliklə gözləyirdi. Tahir işdə boş vaxt tapan kimi ona sevgi mesajları yazırdı.
Həmin axşam Tahir yenidən Ayangilə gedir. Ofis işindən çox yorulduğunu və kompüterdə müəyyən proqramlar yazdığını deyir. Ayan isə onun yalanlarına inanır, ona getdikcə daha çox bağlanır.
Onlar bir neçə həftə idi ki, birlikdə yaşayırdılar. Bir gün Tahir Ayanın çarpayısının altında pul görür. O, pulun nə üçün olduğunu soruşduqda Ayan “Maşın almağa pul yığıram” cavabını verir və dərhal pulu onun əlindən alıb geri qoyur. Beləliklə, bu pul Tahirin beynində başqa qığılcımlar oyadır.
Ertəsi gün işdə Tahir yalnız bu pul haqqında düşünür, Ayanın pulu öz zəhməti ilə yığdığını dərk etsə də, bu fikir ona rahatlıq vermir. Nahar vaxtı iş yoldaşı ilə söhbət edərkən “Kasıb yaşamaqdan bezmişəm” deyir. Həmkarı isə “Varlanmaq üçün risk etmək lazımdır” deyir və bu sözlər Tahiri Ayanın yığdığı pullar barədə yenidən düşünməyə vadar edir.
Gecə yarısı onlar şəhərin gecə klublarından birinə gəlirlər, içki içib rəqs edirlər. Daha sonra evə qayıdırlar. Tahir əvvəldən planlaşdırdığı kimi naqillə Ayanı boğaraq qətlə yetirir və onun maşın almaq üçün yığdığı pulu oğurlayaraq evdən qaçır.
Ətraflı Baku TV-nin süjetində: