Nizami rayonunda həndbol yarışı keçirilib

15:38 23 Aprel 2015
27 Sosial
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 23 aprel /Trend/

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə Nizami rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının, rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə məktəblilər arasında həndbol yarışı keçirilib.

Yarışın açılış mərasimində əvvəlcə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.

Çıxış edən YAP Nizami rayon təşkilatının aparat rəhbəri Ramil Vəlibəyov, 12 saylı məktəbin direktoru Əli Alıyev və başqaları turnirin Ulu Öndərin əziz xatirəsinə ehtiram əlaməti olaraq keçirildiyini bildiriblər, komandalara uğurlar arzulayıblar.

Sonra yarışa start verilib.

Rayonun 20 məktəbinin iştirak etdiyi yarışda komandalar olimpiya sistemi üzrə birincilik uğrunda mübarizə aparıblar. Yarışda yüksək əzmkarlıq və peşəkarlıq nümayiş etdirən 214 saylı məktəb I, 32 saylı məktəb II və 145 saylı məktəb isə III yerin qalibi olub.

Sonda ikinci və üçüncü yerlərin sahiblərinə medallar və diplomlar təqdim edilib.

Turnirin qalibinin mükafatlandırılması isə Ümummilli lider Heydər Əliyevin 92 illik yubileyi münasibətilə keçiriləcək ümumrayon tədbirində baş tutacaq.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2387289.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR