Rabitə və yüksək texnologiyalar naziri Salyanda vətəndaşları qəbul edəcək

Rabitə və yüksək texnologiyalar naziri Salyanda vətəndaşları qəbul edəcək
16:53 23 Aprel 2015
165 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 23 aprel, AZƏRTAC
Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov aprelin 24-də saat 15-də Salyan rayonunda vətəndaşları qəbul edəcək.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, qəbulda Salyan, Neftçala, Biləsuvar, Cəbrayıl rayonlarından olan sakinlərin telekommunikasiya, internet, poçt, radio və televiziya yayımı xidmətlərinin keyfiyyəti, xidmət mədəniyyəti, bu sahədə əhalini maraqlandıran məsələlərlə bağlı müraciətləri dinləniləcək.
Vətəndaşlar "mincom@mincom.gov.az" elektron poçt ünvanı, 1655 saylı "Qaynar xətt", 598 38 18 nömrəli (regionlardan edilən zənglər pulsuzdur) telefon vasitəsilə qəbula yazıla bilərlər. Qəbula gəlmək istəyən vətəndaşlar zərurət olduğu halda, yaşadıqları ərazinin poçt və telefon qovşaqları tərəfindən nəqliyyatla təmin olunacaqlar. Bunun üçün Salyan rayonunda 255-06-55, Neftçala rayonunda 263-30-09, Biləsuvar rayonunda 295-00-00, Cəbrayıl rayonunda 384-37-08 nömrəli telefonlara zəng etmək lazımdır.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Rabite_ve_yuksek_texnologiyalar_naziri_Salyanda_vetendaslari_qebul_edecek-849087

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR