“Roskosmos” yerdənkənar həyat axtarışında

“Roskosmos” yerdənkənar həyat axtarışında
19:53 23 Aprel 2015
64 Dünya
Ölkə mətbuatı
A- A+


Bakı, 23 aprel, AZƏRTAC 
“Roskosmos” Agentliyi 2015-2025-ci illər üçün Federal kosmik proqram (FKP) layihəsinə yerdənkənar həyat izlərinin axtarışına dair planlar daxil edib. Bu barədə Rusiya KİV-ləri sənədin mətninə istinadən xəbər verirlər.
“Roskosmos” həmçinin Yerin iqlim təkamülünü , habelə astrobiologiyanın digər məsələlərini öyrənməyə hazırlaşır. Bu işdə yeni kosmik aparatlar agentliyin köməyinə gələcək.
FKP layihəsinə görə, 2016-cı il üçün “Lomonosov” peyklərinin və 1 nömrəli “EkzoMars” planetlərarası avtomat stansiyasının buraxılması nəzərdə tutulub. 2017-ci ildə “Spektr-RQ”, 2018-ci ildə 2 nömrəli “EkzoMars” aparatlarının, 2019-cu ildə isə “Luna-Qlob” missiyasının buraxılması planlaşdırılır.
“Spektr-UF” kosmik laboratoriyasını “Roskosmos” 2021-ci ildə, 2 nömrəli “Bion-M” biopeykini isə 2022-ci ildə orbitə çıxarmağı nəzərdə tutub. “Arka” və 1 nömrəli “Rezonans” missiyaları 2023-cü ildə, növbəti nəsillərdən (2, 3, 4 və 5) olan “Rezonans”lar isə 2024-cü ilin sonundan 2025-ci ilin əvvəlinədək kosmosa buraxılacaq. 3 nömrəli “Bion-M” biopeyki və “İntergeleo-Zond” aparatı 2025-ci ildə buraxılacaq.
Planetimizin təbii peyki də diqqətdən kənarda qalmayıb: “Luna-Qlob”, habelə “Luna-Resurs-OA” (2021-ci ildə buraxılacaq) və “Luna-Resurs-PA” (2022-ci ildə start götürəcək) missiyaları Ayın öyrənilməsinə həsr olunub.
“Roskosmos” Agentliyinin Elmi-texniki şurası tərəfindən qəbul olunmuş FKP layihəsinin 2015-ci il iyunun 10-da Rusiya hökumətinin müzakirəsinə veriləcəyi gözlənilir. FKP-nin həyata keçirilməsinə agentlik 2016-2025-ci illər üçün büdcədən təqribən 2 trilyon rubl vəsait istəyir. Bu məbləğ kosmik fəaliyyətin aktual məsələlərinin həllini təmin etmək üçün minimum məbləğdir.
Amerikanın kosmik proqramlarına gəldikdə isə, 2013-cü il avqustun 25-dən NASA-nın rəhbərinin elm üzrə baş müşaviri olan doktor Ellen Stofan 2015-ci il aprelin əvvəlində bildirib ki, yaxın 20 ildə Amerika agentliyi Günəş sistemində yerdənkənar həyat izləri tapacaq. Bundan əvvəl isə o bildirmişdi ki, NASA-nın başlıca vəzifəsi astronavtların Marsı fəth etməsidir.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Roskosmos_yerdenkenar_heyat_axtarisinda-849201

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR