Devid Kemeron: Britaniya Aralıq dənizində əməliyyatlar üçün gəmi və helikopterlər ayırmağa hazırdır

Devid Kemeron: Britaniya Aralıq dənizində əməliyyatlar üçün gəmi və helikopterlər ayırmağa hazırdır
20:43 23 Aprel 2015
42 Dünya
Ölkə mətbuatı
A- A+


Bakı, 23 aprel, AZƏRTAC
Böyük Britaniya Aralıq dənizində mühacirlərin hərəkətinə nəzarət məqsədilə aparılan əməliyyatlar üçün üç gəmi və üç helikopter verməyə hazırdır. Bunu Avropa İttifaqının növbədənkənar sammitində Britaniyanın Baş naziri Devid Kemeron bildirib.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, Baş nazirin sözlərinə görə, kral Hərbi Dəniz Qüvvələrinin flaqmanı üç helikopter və daha iki gəmi ilə birgə mühacirləri xilas edərək yaxınlıqdakı təhlükəsiz ölkəyə, çox güman ki, İtaliyaya çatdırmalıdır.
Avropa İttifaqının növbədənkənar sammitinin çağırılmasına Aralıq dənizində mühacirləri daşıyan gəminin qəzaya uğraması nəticəsində baş verən faciə səbəb olub. Həmin hadisə zamanı Liviyadan olan 800 mühacir itkin düşüb. Beynəlxalq Miqrasiya Təşkilatı ilin əvvəllərindən bəri Afrika və Avropa sahillərində bu qəza da daxil olmaqla 1,7 min qaçqının dənizdə bataraq həlak olduğunu bildirib.
 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Devid_Kemeron_Britaniya_Araliq_denizinde_emeliyyatlar_uchun_gemi_ve_helikopterler_ayirmaga_hazirdir-849229

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR