İclasda akademiyanın illik ümumi yığıncağına hazırlıqla bağlı məsələlər müzakirə edilib

İclasda akademiyanın illik ümumi yığıncağına hazırlıqla bağlı məsələlər müzakirə edilib
20:43 23 Aprel 2015
57 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 23 aprel, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) rəyasət heyətində AMEA Aqrar Elmlər Bölməsinin (AEB) növbəti yığıncağı keçirilib.
AMEA-dan AZƏRTAC-a bildiriblər ki, tədbirdə AEB-in akademik-katibi, akademik Qərib Məmmədov gündəlikdəki məsələlər barədə məlumat verib.
Tədbirdə aprelin 29-da keçiriləcək AMEA-nın illik ümumi yığıncağına hazırlıqla bağlı məsələlər müzakirə edilib. Bildirilib ki, ümumi yığıncağın gündəliyində akademiyanın 2014-cü ildəki fəaliyyəti haqqında hesabat, AMEA-nın vitse-prezidenti vəzifəsinə və bir sıra bölmələrinin akademik-katibi vəzifəsinə seçkilərin keçirilməsi və digər məsələlər yer alıb.
İclasda akademiyanın ümumi yığıncağında bölmənin fəaliyyəti ilə bağlı nümayiş etdiriləcək videoslayd göstərilib, AEB tərəfindən təşkil olunacaq sərgi ilə bağlı fikir mübadiləsi aparılıb.
Tədbirdə, həmçinin doktorant və dissertantların attestasiyası keçirilib. Aqrar elmlərin müxtəlif istiqamətləri üzrə mövzulara dair attestasiyada 36 doktorant və dissertant iştirak edib.
Bölmə institutlarında fəaliyyət göstərən doktorant və dissertantların attestasiya mövzuları ilə bağlı müzakirələr aparılıb, təklif və tövsiyələr səsləndirilib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Iclasda_akademiyanin_illik_umumi_yigincagina_hazirliqla_bagli_meseleler_muzakire_edilib-849232

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR