Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü qeyd edilib

Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü qeyd edilib
20:48 23 Aprel 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 23 aprel, AZƏRTAC
Aprelin 23-də Nərimanov rayon Mərkəzləşmiş Kitabxana Sistemində (MKS) və MKS-nin 1 və 2 nömrəli filiallarında “Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü” adlı sərgi - söhbət təşkil olunub.
AZƏRTAC xəbər verir ki, tədbirdə bu, günün əhəmiyyəti barədə məlumat verilib.
Bildirilib ki, Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününün elan edilməsi barədə qərarda mədəni ənənələrin inkişafı və dərk edilməsi, həmçinin biliklərin yayılması və qorunması üçün kitabların və maarifləndirmənin ən böyük vasitə və ən etibarlı üsul olması vurğulanır. Müəlliflərin cəmiyyətdəki xüsusi rolu qeyd olunur və bununla da müəlliflik hüququ institutunun dəstəklənməsi göstərilir.
Tədbirdə Nərimanov rayonundakı bir sıra orta məktəblərin şagirdləri və kitabxananın fəal oxucuları iştirak ediblər.
Sonunda iştirakçılar sərgi ilə tanış olublar.
 


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Umumdunya_Kitab_ve_Muelliflik_Huququ_Gunu_qeyd_edilib-849236

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR