Azərbaycanın Belarusdakı səfirinə medal təqdim edilib

21:08 23 Aprel 2015
65 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 23 aprel, AZƏRTAC
Belarus Yazıçılar İttifaqı Azərbaycanın bu ölkədəki səfiri İsfəndiyar Vahabzadəni “Belarus ədəbiyyatı sahəsində göstərdiyi böyük xidmətlərinə görə” medalı ilə təltif edib.
Səfir İ.Vahabzadə dəfələrlə Belarus ədəbiyyatı ilə bağlı yazılar dərc etdirib, bu ölkənin ədəbiyyatında iz qoymuş bir sıra görkəmli yazıçı və şairlərin (Yanka Kupala, Maksim Baqdanoviç, Maksim Tank və s.) əsərləri ilə bağlı araşdırmalar aparıb, tərcümələr edib.
Azərbaycanda vaxtilə təsis edilmiş “Qızıl qələm” mükafatına bərabər olan bu medal səfirə rəsmi şəxslərin iştirakı ilə təqdim edilib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycanin_Belarusdaki_sefirine_medal_teqdim_edilib-849250

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR