Xaçmazda məktəblilər arasında karate idman növü üzrə zona yarışı keçirilib

Xaçmazda məktəblilər arasında karate idman növü üzrə zona yarışı keçirilib
21:23 23 Aprel 2015
116 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 23 aprel, AZƏRTAC 
Xaçmaz rayonunda məktəblilər arasında karate idman növü üzrə zona yarışı keçirilib.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, yarış "Bakı - 2015" birinci Avropa Oyunlarının proqramına daxil olan idman növlərinin məktəblilər arasında təbliğinə həsr edilmiş kütləvi tədbirlər çərçivəsində reallaşdırılıb.
Xaçmaz Olimpiya İdman Kompleksində keçirilən zona yarışına Xaçmaz, Quba, Qusar, Şabran, Xızı, Siyəzən, Qobustan, Abşeron rayonlarının və Sumqayıt şəhərinin komandaları qatılıblar. Yarış karatenin Şotokan və Qocyu-ryu növü üzrə təşkil olunub. Şotokan növü üzrə komanda hesabında birinci yeri Xaçmaz, ikinci yeri Sumqayıt, üçüncü yeri Xızı, Qocyu-ryu növü üzrə birinci yeri Xaçmaz, ikinci yeri Quba, üçüncü yeri Qusar rayonunun komandaları tutublar.
Qaliblərə Təhsil Nazirliyinin diplom və medalları təqdim olunub.
Birinci Avropa Oyunları ərəfəsində ölkəmizdə aparılan təşviqat kampaniyası çərçivəsində təşkil olunan məktəblilərarası zona yarışları aprelin 21-də başlanıb və mayın sonunadək davam edəcək. Son üç gün ərzində Şirvanda güləş, Astarada atletika, Xaçmazda karate, Tovuzda voleybol üzrə zona yarışları keçirilib. Hər zona yarışında 10-dək rayonun komandaları iştirak ediblər. Bütün bölgələri əhatə edən yarışlarda altı mindən çox şagirdin iştirakı nəzərdə tutulub.
Zona yarışlarının keçirilməsinin məqsədi birinci Avropa Oyunlarının proqramına daxil olan idman növlərini məktəblilər arasında təbliğ etmək, şagirdləri sağlam həyat tərzinə istiqamətləndirmək, onların vətənpərvərlik ruhunda tərbiyəsində bədən tərbiyəsinin və idmanın rolunu artırmaqdan ibarətdir.
 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Xachmazda_mektebliler_arasinda_karate_idman_novu_uzre_zona_yarisi_kechirilib-849263

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR