İŞİD-dan ABŞ ordusuna tələ

İŞİD-dan ABŞ ordusuna tələ
09:51 13 Yanvar 2015
180 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ Mərkəzi Qüvvəllər Komandanlığının (CENTCOM) "Twitter" və "YouTube" hesabları kiber hücuma məruz qalıb. ANS PRESS-in məlumatına görə, hücum İŞİD tərəfindən həyata keçirilib.

CENTCOM terror təşkilatı olan İŞİD-a qarşı aparılan hava hücumlarını koordinasiya edir. Qurumun rəsmi "Twitter" hesabından yerli saatla 12.29-da belə bir tvit paylaşılıb:
"Amerika əsgərləri, gəlirik. Özünüzü qoruyun. İŞİD!".

Bundan başqa səhifədə "CyberCaliphate" (Kiber Xəlifəlik) haştaqı ilə içərilərində təqaüdçülərin də olduğu bəzi hərbçilərə dair gizli informasiyalar, hərbi planlar olduğu deyilən sənədlər də paylaşılıb.
"İŞİD burada, bütün hərbi hissələrinizdəki komputerlərdədir".

CENTCOM-un "YouTube" hesabı da eyni formada hücuma məruz qalıb. Kanalda İŞİD-ı dəstəkləyən bəzi videolar paylaşılıb.

Pentaqon rəsmiləri hücumları təsdiqləyiblər. Qurum artıq kiber hücumlarla bağlı tədbir görüldüyünü deyib.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=48&nid=319334

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR