Azərbaycanlı teleaparıcı istirahət mövsümünü açdı - FOTOSESSİYA

Azərbaycanlı teleaparıcı istirahət mövsümünü açdı - FOTOSESSİYA
00:22 24 Aprel 2015
255 Şou
Ölkə mətbuatı
A- A+

Teleaparıcı Vüsalə Yüksəl Tağıyeva Türkiyəyə istirahətə yollanıb. O, istirahətə tez yollanmasının səbəbini isə yay aylarında yeni layihə ilə sevənlərinin görüşünə gələcəyi ilə bağlayıb. Teleaparıcı bu haqda Milli.Az-a danışıb:

“Çox çalışdıq və “5+” serialının çəkilişlərini əvvəlcədən etdik. Onun üçün də istirahətə tez başladım.Türkiyədə Şirincə, Kuşadası,İzmir, Çeşmə və s. yerlərə gedib, anam ilə demək olar ki, əməlli-başlı istirahət etdik. Rəfiqəm İzmirdə ərdədir, əslində onlara getmişdik, o bizi gəzdirdi. İstirahətə indidən başladım, çünki yayda yeni bir layihə ilə sevənlərimin görüşünə gələcəyəm.

Onu deyə bilərəm ki, çox maraqlı bir işdir. Hal-hazırda bütün səylərimiz onadır. Adını açıqlamaq istəmirəm, qoy sürpriz olsun. Bildiyiniz kimi ”5+” serialında baş rolda çəkilirəm, serialımız kütlə tərəfindən çox sevilir. Əsas tamaşaçılarımız isə əsasən uşaqlardır. Çünki serial birbaşa onların həyatına aiddir. İnşallah, yeni serial işlərimiz də olacaq. Demək istəyirəm ki, gözləyin”.

Əli Rəhimoğlu
Milli.Az
















Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/336011.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR