Azərbaycan Tiflisdə keçirilən Avropa Tibb Assosiasiyaların illik Forumunda təmsil olunub

00:47 24 Aprel 2015
47 Dünya
Ölkə mətbuatı
A- A+

[ 24 Aprel 2015 00:19 ]


Tiflis. Nizami Məmmədzadə-APA. Aprelin 23-də Tiflisdə Avropa Tibb Assosiasiyaların illik Forumu öz işinə başlayıb. APA-nın Gürcüstan bürosunun məlumatına görə, iki günlük tədbirə 56 ölkədən gələn tibb assosiasiyaların nümayəndələri qatılıblar. Dünya Səhiyyə Təşkilatı tərəfindən dəstəklənən görüşdə Dünya Tibb Assosiasiyasının nümayəndəsi, həmçinin Avropa Tibb Assosiasiyasının (ATA) üzvləri olan digər qurumlar da iştirak edir. ATA-da 100-dən artıq ölkə təmsil olunur və 9 milyondan artıq həkimləri özündə birləşdirir.

 

Tədbirdə Azərbaycanı Azərbaycan Tibb Assosiasiyası təmsil edir. Bu təşkilat 2001-ci ildən Dünya Tibb Assosiasiyasının həqiqi üzvü seçilib.

 

Tədbirin sonunda səhiyyə sisteminin inkişafı və bu sahədə müxtəlif problemlərin həlli üçün tövsiyə xarakterli bəyannamə qəbul ediləcək.

 

Qeyd edək ki, Avropa Tibb Assosiasiyalarının sonuncu Forumu Riqada keçirilib. Gələcəkdə Azərbaycanda da Avropa Tibb Assosiasiyaları Forumunun keçirilməsi nəzərdə tutulur.

 

Sabah Forumda Azərbaycan Tibb Assosiasiyasının sədri Nəriman Səfərli çıxış edəcək.

 

 Azərbaycan Tibb Assosiasiyasının sədri Nəriman Səfərli APA-ya açıqlamasında Tiflisdə keçirilən toplantının mühüm əhəmiyyət kəsb etdiyini bildirib: "Görüşdə əsas məqsəd qlobal səhiyyə problemlərin həllində həkimlərin rolunun vacibliyini və məsuliyyətini daha yaxından müzakirə etmək və sonda tövsiyələr hazırlamaqdır. Bu tövsiyələr yerlərdə həmin tibb assosiasiyaların üzvləri olan həkimlərə çatdırılacaq. Bu da nəticə etibarı ilə xəstələrə onların sağlamlığı üçün daha yüksək səviyyədə xidmət göstərməklə tibbi xidmətin standartlara uyğun yüksəlməsinə  səbəb ola bilər", deyə  assosiasiya sədri qeyd edib.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/380961

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR