Nazir qəbul keçirəcək

Nazir qəbul keçirəcək
08:21 24 Aprel 2015
88 Sosial
Ölkə mətbuatı
A- A+

Kənd təsərrüfatı naziri vətəndaşlarla görüşəcək.

ANS PRESS-in məlumatına görə, Kənd təsərrüfatı naziri Heydər Əsədov aprelin 24-də saat 11-də Tərtər rayonunda Tərtər, Bərdə, Ağcəbədi, Ağdam və Laçın rayonlarından olan sakinləri qəbul edəcək.

Nazirliyin mətbuat xidmətindən bildiriblər ki, qəbulda iştirak etmək istəyən vətəndaşlar Bərdə Ərazi Kənd Təsərrüfatı İdarəsinə (Əlaqə telefonu: (055-211-44-75) və Kənd Təsərrüfatı Nazirliyinə (Əlaqə telefonu: 012-493-51-64, 050-352-06-27) müraciət edə bilərlər. Həmçinin nazirliyin qaynar xətti (1652) və elektron poçtu (web@agro.gov.az) vasitəsilə də qeydiyyatdan keçmək mümkündür.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=113&nid=340043

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR