Avropaya mühacir axını davam edir

Avropaya mühacir axını davam edir
09:21 24 Aprel 2015
55 Dünya
Ölkə mətbuatı
A- A+

Belçikada mühacir ölümləri ilə əlaqədar keçirilən Avropa Birliyi sammiti ərəfəsində də Afrikadan Avropaya mühacir axını davam edib.

ANS PRESS-in məlumatına görə, İtaliyanın sahil təhlükəsizlik xidməti Aralıq dənizindən daha 220 nəfəri xilas ediblər.

Əsasən, Liviyadan olan qaçqınlar gəmi ilə sahildən 60 kilometr aralandıqdan sonra həyəcan siqnalı çalıblar.

Xilasedicilər mühacirləri gəmilərə yerləşdirərək Katanya şəhərinə gətiriblər. Burada onlar yoxlamalardan keçdikdən sonra sığınacaqlara göndəriləcəklər.

Eyni zamanda, Yunanıstanın Rafina adası sahillərində mühacir gəmisi müşahidə olunub. Sahil təhlükəsizlik xidməti Aralıq dənizi sularında çətin vəziyyətdə olan 95 nəfəri xilas edib.
Mənbə
Associated Press



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=48&nid=340073

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR