Play Store

“AtaSığorta” ASC uşaqlar üçün kitab günü təşkil edib

09:53 24 Aprel 2015
32 Sosial
Ölkə mətbuatı
A- A+

“AtaSığorta” ASC uşaqlar üçün kitab günü təşkil etdi

Azərbaycan, Bakı, 24 aprel /Trend/

“AtaSığorta” ASC özünün Korporativ Sosial Məsuliyyəti çərçivəsində növbəti aksiyasını həyata keçirib. Beynəlxalq kitab günü ilə əlaqədar olaraq aprelin 23-də Şağanda yerləşən 3 saylı internat evində əqli və fiziki qüsurlu uşaqlarla görüş təşkil edilib. Uşaqlara Azərbaycan yazıçılarının müxtəlif kitabları və dünya uşaq ədəbiyyatı seriyasından nəşrlər hədiyyə edilib və internat məktəbin kitabxanası zənginləşdirilib.

Görüşdə uşaqlara mütaliənin faydasından, bəşəriyyətin inkişafında kitabın oynadığı roldan bəhs edilib. Ən yaxşı kitab oxuma üzrə müsabiqə keçirilib, müsabiqənin yekunları üzrə qaliblər xatirə hədiyyələri ilə mükafatlandırılıblar. “AtaSığorta” ASC-nin Marketinq və Kommunikasiya şöbəsinin müdiri Yusif Ağayev qeyd edib ki, bu aksiyanın məqsədi uşaqlarda kitaba maraq, ədəbiyyat aləmini dərk etməyə səy formalaşdırmaq və intellektual qabiliyyətlərini inkişaf etdirməkdir.

"AtaHolding” Şirkətlər Qrupuna daxil olan “AtaSığorta” ASC 2004-cü ildən fəaliyyət göstərir. 14,6 milyon manat nizamnamə kapitalı olan şirkət 26 sığorta növü üzrə müştərilərə xidmət göstərir və təkrarsığorta fəaliyyətini həyata keçirmək üçün lisenziyaya malikdir. Şirkət İcbari Sığorta Bürosunun təsisçisi və iştirakçısıdır. “AtaSığorta” ASC-nin xidmət şəbəkəsinə 18 filial, nümayəndəlik və ofislər daxildir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2387506.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR