Nazir: "Azərbaycanda yem bazası çox zəifdir, amma vəziyyət bu ildən etibarən düzələcək"

11:07 24 Aprel 2015
Ölkə mətbuatı
A- A+

[ 24 Aprel 2015 11:01 ]

Bakı. Vüsal Nəbiyev - APA-Economics. Kənd Təsərrüfatı Nazirliyinin apardığı monitorinqlər göstərir ki, Azərbaycanda yem bazası çox zəifdir və getdikcə zəifləməkdə davam edir.

APA-Economics”in xəbərinə görə, bu barədə kənd təsərrüfatı naziri Heydər Əsədov Azərbaycan Dövlət Televiziyasının efirində deyib.

 

Nazirin sözlərinə görə, bunun əsas səbəbi ikinci əkinin olmaması və buna görə subsidiyaların ayrılmamasıdır. “Bu səbəbdən əhalinin ikinci əkinə marağı çox azdır. İkinci əkinə görə subsidiyaların olmaması bir tərəfdən yem bazasını zəiflədir, digər tərəfdən iri və xırdabuynuzlu mal-qaranın nəslinin kəsilməsinə səbəb olur. Keçən il ətin qiymətinin ucuzlaşmasını müşahidə etdik ki, bu da əsasən qeyd olunan amillə əlaqədardır. Yem bazası azaldıqca, qiymət artır”, - deyə nazir qeyd edib.

 

H. Əsədov əlavə edib ki, bu nöqsanları aradan qaldırmaq üçün ikinci əkin ilə bağlı olan problemlərin aradan qaldırılması zərurəti yaranıb: “Ölkə başçısı ikinci əkinə subsidiyaların ayrılması ilə bağlı müvafiq sərəncam imzaladı. Və mən fermerləri çağırıram ki, bu ildən ikinci əkinlə məşğul olsunlar”.

 

Nazir deyib ki, ölkə başçısı tərəfindən imzalanan sərəncamın icrası ölkədə yem bazasının gücləndirilməsinə səbəb olacaq.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/380990

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR