Polşa ruslara meydan oxudu

Polşa ruslara meydan oxudu
11:11 24 Aprel 2015
51 Ölkə
Ölkə mətbuatı
A- A+

Amerikanın “Patriot” raketlərinin son modifikasiyaları Rusiyanın ən mükəmməl “İsgəndər” raketlərini vurmaq üçün bütün göstəricilərə malikdir.

ANS PRESS-in məlumatına görə, bunu Polşa müdafiə nazirinin müavini Çeslav Mroçek deyib.

O, Polşada nəşr olunan “Gazeta Wyborcza” qəzetinə müsahibəsində bildirib ki, elektron PAC-3MSE (“Patriot”) sisteminin Rusiyanın ən mükəmməl əməliyyat-taktiki raketlərini vurmaq imkanına malik olduğunu göstərib. Müvafiq müqavilə imzalandıqdan sonra Polşa “Patriot” raketlərinin iki yeni dəstini cəbbəxanasına əlavə edəcək.

Rus ekspertləri vurğulayıblar ki, onlar belə bir fikrə inanırlar, lakin bunu polyaklar yox, çox güman amerikalıların özləri ediblər. Ruslar “Patriot”un “İskəndər”i vura biləcəyinə o qədər də inanmırlar.

Xatırladaq ki, hazırda Rusiya Polşa ilə həmsərhəddə yerləşən Kalininqradda “İskəndər” raket qurğularını yerləşdirmək istəyir.

Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=17&nid=340090

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR