Makron G7-yə alternativ tapacaqları ilə hədələyib

Makron G7-yə alternativ tapacaqları ilə hədələyib
23:37 25 Sentyabr 2018
82 Dünya
Ölkə mətbuatı
A- A+

Fransa prezidenti Emmanuel Makron G7-yə alternativ tapacaqları ilə hədələyib.

Milli.Az "Report"a istinadən bildirir ki, o bunu BMT Baş Assambleyasının 73-cü sessiyasında deyib.

"Biz G7-də işləyəcəyik ki, COP21 (Paris İqlim Konfransı) çərçivəsində götürülən öhdəliklər artım istiqamətində yenidən nəzərdən keçirilsin. Əgər üzvlərdən biri davam etmək istəməsə, biz yenə də yeni koalisiyaların, yeni formatların axtarılmasına davam edəcəyik", - deyə Fransa lideri bildirib.

Bundan əlavə, o, birbaşa olaraq ABŞ-ın adını çəkməsə də, Paris sazişinə əməl etməyən iri dövlətlərlə ticarət müqavilələri bağlamamağı təklif edib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/688671.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR