İtaliya Senatının sədri tərəfindən Azərbaycanın Birinci vitse-prezidentinin şərəfinə rəsmi nahar verilib - FOTO

İtaliya Senatının sədri tərəfindən Azərbaycanın Birinci vitse-prezidentinin şərəfinə rəsmi nahar verilib - FOTO
06:37 26 Sentyabr 2018
80 Ölkə
Ölkə mətbuatı
A- A+

Sentyabrın 25-də Romada Custiniani sarayında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın şərəfinə İtaliya Respublikası Senatının sədri xanım Maria Elisabetta Alberti Kasellati tərəfindən rəsmi nahar verilib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, əvvəlcə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva saraydakı "Konstitusiya", "Qırmızı" və "Güzgülü" zallarında olub. Qeyd edək ki, bu bina İtaliyanın paytaxtı Roma şəhərinin ən qədim və tarixi tikililərindəndir. İtaliyanın ilk Konstitusiyası məhz burada imzalanıb.

Sonra Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın şərəfinə İtaliya Respublikası Senatının sədri xanım Maria Elisabetta Alberti Kasellati tərəfindən rəsmi nahar verildi.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/politics/688674.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR