Dövlət Gömrük Komitəsinin sədri Mingəçevirdə vətəndaşları qəbul edib - FOTO

Dövlət Gömrük Komitəsinin sədri Mingəçevirdə vətəndaşları qəbul edib  - FOTO
12:37 24 Aprel 2015
73 Digər
Ölkə mətbuatı
A- A+

[ 24 Aprel 2015 12:31 ]


Mingəçevir. Elvin Yaqubov - APA. Bu gün Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev Mingəçevir şəhərində Mingəçevir, Şəki, Yevlax, Ağdaşdan olan vətəndaşları qəbul edib.

 

APA-nın yerli bürosunun xəbərinə görə qəbula gələn vətəndaşların müraciətlərinin əksəriyyəti işə qəbul, gömrük keçid məntəqələrinin vəziyyəti, malların idxal və ixracı, bununla əlaqədar sənədləşmə qaydaları ilə bağlı olub.

 

Qəbul zamanı A. Əliyev hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib və qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli barədə müvafiq strukturların rəhbərlərinə tapşırıqlarını verib. Vətəndaşların qəbul zamanı qaldırdıqları məsələlərin bir qismi yerindəcə həll olunub.

 

DGK-nın səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı müraciətlər isə müvafiq orqanlara çatdırılmaq üçün qeydiyyata alınıb və nəzarətə götürülüb.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/381019

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR