Məlumata görə, ABŞ-da 150-yə yaxın Türk-Amerika vətəndaş cəmiyyəti üzvlərinin yaratdığı "İdarə Heyəti" Komitəsi tərəfindən hazırlanan "Amerikalı türklər və Türkiyənin dostlarından Barak Obama və Konqres üzvlərinə sülh mesajı" başlıqlı elanı çap üçün "New York Times"a təqdim ediblər.
Qəzet onların elanını çap etməkdən imtina edərək, belə cavab verib: "11 sentyabr terrorunu, Holokost soyqırımını, ABŞ-da köləliyin tətbiqini, erməni soyqırımı(?! - S.İ.), İrlandiyadakı aclıq kimi tarixi gerçəklikləri inkar və ya təhrif edən reklam və elanlar çap oluna bilməz".
Türk və erməni cəmiyyəti arasında anlaşmanı təşviq edilən müraciət "Bölməyin, birləşdirin!" şüarı ilə bitir.