Çingiz Qədimov Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) Müşahidə Şurasının sədri təyin edilib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki eyni zamanda Ç.Qədimov agentliyin Aparat rəhbəri vəzifəsini icra edir.

Bundan əvvəl MİDA-nın Müşahidə Şurasına Sadiq Sadıqov rəhbərlik edib. O, sentyabrın 19-dan Prezident İlham Əliyevin sərəncamı ilə Agentliyin İdarət Heyətinin sədri postuna keçib.

Milli.Az