Miqrantlar qatarın altında qaldı

Miqrantlar qatarın altında qaldı
15:11 24 Aprel 2015
51 Ölkə
Ölkə mətbuatı
A- A+

Daha yaxşı həyat axtarışı üçün yola çıxan miqrantlar həyatları ilə vidalaşdılar. ANS PRESS-in məlumatına görə, Saloniki-Belqrad arası ekspres qatar qanunsuz yollarla Avropaya getməyə çalışan miqrantları vurub. İlkin məlumata görə, handisə nəticəsində 14 nəfər ölüb.

Makedoniya Daxili İşlər Naziriliyinin sözcüsü Ivo Kotevski hadisənin gecə saat 23:00 də baş verdiyini bildirib.

Polis hadisə yerində araşdırma apararkən miqrantlardan 8 nəfərin sağ olduğunu müəyyən edib.

Yunanıstandan keçməklə Makedoniyaya gedən miqrantlar Serbiya ilə sərhəddəki Loyan kəndinə gedirdilər. Burada onları gözləyən xüsusi şəxslər qanunsuz yollarla Serbiyaya aparılırlar.

Miqrantlar adətən ələ keçməmək üçün gecələr yol gedirlər. İstirahət edə, yemək yeyə bilməyən miqrantların diqqətləri dağılır və onlar müxtəlif hadisələrin qurbanı olurlar.

Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=9&nid=340182

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR