Rusiya Dövlət Duması amnistiya haqqında qanun layihəsini təsdiq edib

Rusiya Dövlət Duması amnistiya haqqında qanun layihəsini təsdiq edib
15:13 24 Aprel 2015
136 Dünya
Ölkə mətbuatı
A- A+


Moskva, 24 aprel, AZƏRTAC 
Rusiya Dövlət Dumasının deputatları Böyük Vətən Müharibəsində Qələbənin 70 illik yubileyi münasibətilə ölkə Prezidentinin təklif etdiyi amnistiya haqqında qanun layihəsini təsdiq ediblər. Bu amnistiya aktı ilə 400 minə yaxın məhbusun azadlığa buraxılacağı gözlənilir.
Sənədin lehinə 442 deputat səs verib. Qanun dərc edildiyi gündən qüvvəyə minəcək və 6 ay ərzində icra olunacaq.

Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Rusiya_Dovlet_Dumasi_amnistiya_haqqinda_qanun_layihesini_tesdiq_edib-849420

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR