Oktyabrın 4-ü paytaxt Bakı daha bir möhtəşəm oyuna şahidlik edəcək. Futbol azarkeşlərinin diqqəti Bakı Olimpiya Stadionunda keçiriləcək "Qarabağ-Arsenal" oyununa yönlənib. Minlərlə azarkeşin canlı izləyəcəyi oyuna isə biletlərin əksəriyyəti artq satılıb.
Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, dünyanın ən güclü futbol klublarını Bakıya gətirən "Qarabağ" futbol klubunu iki gün sonra daha bir çətin sınaq gözləyir.
Ötən il Çempionlar Liqasında olduğu kimi, bu il keçirilən Avroliqada da "Qarabağ"ın oyununa böyük maraq var.
Biletlərin satışında onlayn sistemin tətbiqi azarkeşlərin də işini xeyli asanlaşdırıb.
"Arsenal"la oyuna xarici azarkeşlərin də marağı böyükdür. Aparıcı beynəlxalq media qurumlarının əksəriyyəti oyunu işıqlandırmaq üçün iki gün sonra Bakıya yığışacaq.
Növbəti oyunlarda isə ''Qarabağ'' klubu ''Vorskla" və ''Sportinq'' ilə qarşılaşacaq.
Milli.Az
Videonu izləmək üçün şəklə klikləyin: