Kür çayının aşağı axınında isə suyun səviyyəsində azalma müşahidə olunub

Kür çayının aşağı axınında isə suyun səviyyəsində azalma müşahidə olunub
16:03 24 Aprel 2015
28 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 24 aprel, AZƏRTAC
Aprelin 24-də Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 80-90, Kiçik Qafqazın çaylarında 40-100, Lənkəran-Astara bölgəsi çaylarında 10-70, Naxçıvan MR çaylarında isə 10 faizini təşkil edib. Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 10 sm artım müşahidə olunub.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a verilən məlumata görə, Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 67 sm artım olub. Kür çayının aşağı axınında isə suyun səviyyəsində azalma müşahidə olunub. Belə ki, Surra məntəqəsində 6, Şirvanda 22, Salyanda 15, Bankədə 17, Araz çayının Novruzlu məntəqəsində isə 18 sm azalma qeydə alınıb.
Hazırda suyun səviyyəsi Surra məntəqəsində 348, Şirvanda 209, Salyanda 175, Bankədə 188, Novruzlu məntəqəsində isə 70 sm təşkil edir.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Kur_chayinin_asagi_axininda_ise_suyun_seviyyesinde_azalma_musahide_olunub-849445

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR