Tədbir səfirliyin Mədəniyyət və Tanıtma Müşavirliyinin Çanaqqala savaşına həsr elədiyi klipinin nümayişi ilə başlayıb.
Səfir İsmayıl Alper Coşqun Azərbaycan və Türkiyənin ortaq tarixində aşkara çıxarılacaq gözəl faktların olduğunu deyib: "Biz o dövrdə yaşanan acıları inkar etmək, rədd etmək yaxud başqaları ilə müqayisə etmək fikrində deyilik. O dövrdə türklər, kürdlər, bütün müsəlmanlar və ermənilər əziyyət çəkib. 100 əvvəlin həqiqətlərini obyektiv göstərməyə hər zaman hazırıq. Kimin acısı daha böyükdür, kimin acısı daha azdır kimi araşdırmalar vicdana, əxlaqa sığmayan hərəkətlərdir".
Yazıçılar Birliyinin sədri Anar bildirib ki, bu cür müsabiqələrin keçirilməsi sevindirici haldır: "Çanaqqalada azərbaycanlılar da döyüşüb, ora həm də Azərbaycanın bir hissəsidir. Bu bizim birgə qazanılmış zəfərimizdir".
Müsabiqənin şeir nominasiyası üzrə qalibləri Sevinc Nuruqızı, Yusif Nəğməkar, Akif Əhmədgil, hekayə üzrə Sevinc Mürvətqızı, Firudin Qurbanov, Leyla Kərimova, məqalə üzrə Namiq Əhmədov, Firuzə Nadir, Elçin Əhmədov olub.














