Azərbaycana səfər edən Türkiyə vətəndaşlarına viza verilərkən bundan sonra pasportun yararlılıq müddəti nəzərə alınacaq.

Milli.Az virtualaz.org-a istinadən xəbər verir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb.

Mətbuatın yazdığına görə, bununla bağlı Türkiyə Səyahət Agentlikləri Birliyi turizm agentliklərinə müraciət edib.

Bildirilir ki, əvvəllər Bakı aeroportunda pasportun bitmə müddətinə 6 aydan az vaxt qalan şəxslərə də viza verilirdi. Amma bu ilin may ayının 15-dən etibarən viza verilməsi "ASAN" Xidmətə həvalə olunandan sonra Azərbaycana girişdə pasportun bitmə müddəti nəzərə alınır. Ona görə də, turizm agentliklərindən Azərbaycana gedən vətəndaşları xəbərdarlıq etmələri xahiş olunub.

Milli.Az