Bu il hansı ətəklər dəbdədir? (FOTO)

Bu il hansı ətəklər dəbdədir? (FOTO)
17:36 24 Aprel 2015
1096 Sosial
Ölkə mətbuatı
A- A+

Ətək – yaz və yay mövsümlərinin əsas geyimlərindən biridir. Bəs bu il hansı model ətəklərə üstünlük verməliyik?

ANS PRESSin məlumatına görə, buro247.az bu yaz ətəkləri nə ilə geyinmək və hansı rəngləri seçmək lazım olduğunu müəyyən etməyə çalışıb.

Zınqırov formalı ətəklər

"Zınqırov" şəkilli ətəklər incə beli olan qadınlarda xüsusilə daha effektli görünəcək. Populyar modelə xoş bonus həcmli ciblər olacaq. Christian Siriano, Christian Dior, Michael Kors, Barbara Tfank və Donna Karan öz kolleksiyalarında həcmli midi modelləri nümayiş edirlər.



Zolaqlı ətək
Zolaqlı" ətəklər yan ətrafların vizual olaraq genişləndirilməsinə görə sevilməyən horizontal zolaqdır. DKNY, Emporio Armani, Iceberg moda evlərinin son kolleksiyalarından olan ətəklərin zolaqlarına baxdıqda, bunun belə olmadığına əmin ola bilərsiniz. Stilli olmaq istəyirsinizsə, yeni mövsüm üçün zolaqlı ətək əldə edin!


Karandaş ətəklər
Klassika yenə dəbdədir. Karandaş ətək iş qadınının qarderobunda əvəzolunmaz əşyadır. Dizaynerlər isə əvvəlkinə nisbətən daha asan qərarlar tələb edən yaz əhval-ruhiyyəsinə düzəliş ediblər. Uzunluq və ciddi silueti qoruyaraq, karandaş ətək işıqlı çalarlar əldə edir. Dairəvi parça hissələrindən hazırlanmış və ya mürəkkəb həndəsi fiqurlardan olan applikasiyalar şəkildə karandaş ətək klassik modeli əla əvəz edə bilər.


Lələklər və saçaqlar
Uşaqlıqda sevərək baxdığımız kürənsaç Arielin cizgi filmi yadınızdadır? Burberry Prorsum gələn yaz su pərisi olmağı təklif edir. Bundan başqa, ətəklərin hazırlanmasında lələklər də böyük populyarlıq əldə edib. Dəblə ayaqlaşmaq istəyən, ancaq praktik qərarlar verməyə üstünlük verən qadınlara saçaq və büzmə haşiyələr köməyə gəlir.


Asimmetrik ətək
Asimmetrik ətək - mürəkkəb və sirli obrazlar yaratmağa imkan verən konstruktiv elementdir. Dizaynerlər yüngül parçalardan hazırlanmış asimmetrik ətəklərə diqqət yetirməyi tövsiyə edirlər. Məhz belə yüngül materiallar əla bəzədilir və bütöv parça kaskadları yaradır.


Qatlı ətək
Artıq uzun illərdir ki öz aktuallığını itirməyə maraqlı konstruktiv qərar yeni mövsümdə əmin seksuallıq notunu əldə edir. Bunun sirri ətəyin qabağında dərin kəsik yaradan əyri biçimdədir.


Zərxaradan ətək
Zərxara sözünü eşidərkən, sizin yəqin ki dərhal ağlınıza saray və kilsə geyimləri gəlir. Bu, çox bahalı, gözəl və dəbdəbəli materialdır, qızıl və gümüş saplarla işlənmiş naxışlı ipəkdən hazırlanır. Bu yaz Miuçça Prada öz kolleksiyası üçün məhz zərxaranı seçib və etiraf etmək lazımdır ki, doğru seçim edib. Bütün geyimlər gözəl və dəbdəbəli, eyni zamanda stilli və müasir görünür.


Deşikli ətəklər
Bu ətəklərdə futuristik, uzaq olan, eyni zamanda diqqət cəlb edən nəisə var. Bir tərəfdən onlar kifayət qədər ciddidir, ancaq şübhəsiz ki, belə ətəkdə siz ətrafdakıların diqqətindən qaça bilməyəcəksiniz. Balmain, Fendi, Rochas, Versace belə deşikli stilli və orijinal ətəklər təqdim edir.


Yarışəffaf ətəklər
Son bir neçə ildə dizaynerlər artıq yarışəffaf ətəklərin bir çox variantlarını sınaqdan keçiriblər. Ancaq Milan, London, Nyu-York və Parisdə keçən moda həftələrində dizaynerlər bizə yeni modellər nümayiş etdirdilər.


Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=42&nid=340216

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR