"ICTnews" Elektron Xəbər Xidməti "dailycomm.ru" saytına istinadən yazır ki, analitiklər servisləri informasiya təhlükəsizliyi texnologiyaları bazarının ən böyük və sürətlə inkişaf edən kateqoriyası adlandırıblar. Cari ildə bu kateqoriyanın satış həcmi 40,2 milyard dollar təşkil edəcək.
Analitiklər proqram təminatını informasiya təhlükəsizliyinə sərf edilən xərclərin həcminə görə ikinci ən böyük kateqoriya adlandırıblar. Xərclərin həcminə görə bu kateqoriyada son qurğuların mühafizəsi üçün proqram təminatı lider olacaq.
Emil Hüseynov