Sədərək rayonunda keçirilən “Nuh yurdu” intellektual oyununun qalibləri müəyyənləşib

Sədərək rayonunda keçirilən “Nuh yurdu” intellektual oyununun qalibləri müəyyənləşib
17:53 24 Aprel 2015
301 Ölkə
Ölkə mətbuatı
A- A+


Sədərək, 24 aprel, AZƏRTAC 
Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondunun, Gənclər və İdman Nazirliyinin, Təhsil Nazirliyi və Naxçıvan Muxtar Respublikası “Gənclərin İntellektual İnkişaf Mərkəzi” İctimai Birliyinin birgə təşkilatçılığı ilə Sədərək rayonunda yeniyetmələr arasında “Nuh yurdu” intellektual oyununun rayon birinciliyi keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Gənclər və İdman Nazirliyinin gənclərlə iş şöbəsinin müdiri Canməmməd Canməmmədov, Sədərək Rayon Gənclər və İdman İdarəsinin rəisi Etibar Əliyev çıxış ediblər. Bildirilib ki, intellektual oyunun keçirilməsində məqsəd Azərbaycanın, o cümlədən Naxçıvanın zəngin milli mədəniyyətinin və tarixinin təbliğindən, yeniyetmələrin intellektual səviyyələrini, dünya görüşünü, zehni inkişafını stimullaşdırmaqdan, onlar arasında bilik və elmin nüfuzunu artırmaqdan, eləcə də asudə vaxtlarının səmərəli təşkili istiqamətində yeni üsullar tətbiq etməkdən ibarətdir.
İntellektual oyunda 6 komanda iştirak edib. Üç mərhələdən ibarət oyunun nəticələrinə əsasən, Sədərək rayon 2 nömrəli tam orta məktəbinin “Qeyrət qalası” komandası birinci yeri qazanıb. İkinci yerə Sədərək rayon 1 nömrəli tam orta məktəbinin “Sədərək”, üçüncü yerə isə həmin məktəbin “Ağ oğlan” komandaları layiq görülüblər.
Qaliblər təşkilatçılar tərəfindən diplom, fəxri fərman, kubok və hədiyyələrlə mükafatlandırılıblar.



Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Sederek_rayonunda_kechirilen_Nuh_yurdu_intellektual_oyununun_qalibleri_mueyyenlesib-849501

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR