"Fitch" AccessBank-ın kredit reytinqini "Investment Grade" səviyyəsində təsdiqləyib

"Fitch" AccessBank-ın kredit reytinqini "Investment Grade" səviyyəsində təsdiqləyib
18:03 24 Aprel 2015
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 24 aprel /Trend/

"Fitch Ratings" agentliyi "AccessBank"ın uzunmüddətli emitent defoltu reytinqini (EDR) "Sabit" proqnozla "BBВ-" dərəcəsində, “Investment Grade” səviyyəsində təsdiqləyib.

Bankdan Trend-ə verilən məlumata əsasən, "Fitch" bankın beynəlxalq kredit reytinqini 2014-cü ilin dekabr ayında "BB+" səviyyəsindən "BBВ-" səviyyəsinə yüksəldib.

Hazırda "AccessBank" yerli banklar arasında ən yüksək kredit reytinqinə malikdir və Azərbaycanda “Investment Grade” səviyyəsinə yüksələn yeganə bank olaraq qalır.

"AccessBank"ın baş meneceri Mixael Hoffmann reytinqin təsdiqlənməsini şərh edərək qeyd edib: “AccessBank-ın investisiya səviyyəsinin "BBВ-" reytinqi üzrə təsdiqlənməsi bankın yüksək sabitliyə və dayanıqlı biznes modelinə malik olduğunu təsdiq edir. Əksər MDB ölkələrinin iqtisadiyyatının mürəkkəb şəraitdə mövcud olduğu bir zamanda, bu reytinqin əldə olunması mühüm əhəmiyyət kəsb edir".

Reytinqin tam siyahısı aşağıda göstərilir:

- Uzunmüddətli EDR: “Sabit” proqnozla "BBB-" səviyyəsində təsdiqlənib
- Qısa müddətli EDR: "F3" səviyyəsində təsdiqlənib
- Dayanıqlılıq reytinqi: "bb-" səviyyəsində təsdiqlənib
- Dəstək reytinqi: "2" səviyyəsində təsdiqlənib

"AccessBank" 2002-ci ildə Qara Dəniz Ticarət və İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, KfW, "LFS Financial Systems GmbH" adlı Almaniya konsaltinq şirkəti və "AccessHolding" tərəfindən yaradılıb. "AccessBank" mikro, kiçik və orta ölçülü bisneslərin maliyyələşdirilməsi ilə məşğuldur. Azərbaycanda geniş filial şəbəkəsinə malik olan bankda 2000-dən artıq əməkdaş çalışır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/business/economy/2387738.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR