SOCAR-ın əməkdaşı gənc alimlərin beynəlxalq konfransında iştirak edib

SOCAR-ın əməkdaşı gənc alimlərin beynəlxalq konfransında iştirak edib
19:03 24 Aprel 2015
23 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 24 aprel, AZƏRTAC
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) neft və qaz yataqlarının işlənməsi şöbəsinin böyük geoloqu, “Neftqazelmitədqiqatlayihə” institutunun doktorantı Elvin Əhmədov İ.M.Qubkin adına Rusiya Dövlət Neft-qaz Universitetində keçirilmiş gənc alimlərin 69-cu Neft və Qaz-2015 Beynəlxalq Elmi-təcrübi konfransında iştirak edib. Konfransda o, “Neft ehtiyatlarının hesablanmasında qeyri-müəyyənliklər və geoloji risklər” mövzusunda məruzə ilə çıxış edib.
SOCAR-ın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, konfransda müxtəlif dövlətlərdən olan gənc alim və mütəxəssislər elmi-təcrübi müzakirələr aparıb, sənayenin yenilikləri ilə tanış olublar. Məruzələrdən sonra konfrans iştirakçıları universitetin qabaqcıl texnologiyaları, qazma kafedrasında yaradılmış laboratoriyalar, tədris planı, yataqların işlənməsi üzrə operativ idarə etmə sistemi, təhsil sistemi ilə tanış olublar.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/SOCAR_in_emekdasi_genc_alimlerin_beynelxalq_konfransinda_istirak_edib-849547

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR