Bakıda iki küçənin təmiri sona çatır - fotolar

Bakıda iki küçənin təmiri sona çatır - fotolar
18:11 24 Aprel 2015
Ölkə mətbuatı
A- A+

Paytaxtda təmirdən sonra daha iki küçə sürücülərin ixtiyarına verilir.

Axşam.az-ın “Azəryolservis” ASC-yə istinadən məlumatına görə, Ceyhun Hacıbəyli və Şəmsi Rəhimov küçələrində artıq son tamamlanma işləri həyata keçirilir.
 
Ceyhun Hacıbəyli küçəsinin Məmməd Araz küçəsi ilə kəsişməsindən Həsən Əliyev küçəsi ilə kəsişməsinədək olan hissəsində köhnə asfalt-beton örtüyünün üst qatı qaşınaraq yenisi ilə əvəzlənib, zəruri olan yerlərdə səki daşları yenilənib, yeni  yağış barmaqlıqları yerləşdirilib, kommunikasiya quyularının dəmir-beton plitələri və baxış qapaqları dəyişdirilib. Bundan əlavə küşənin Həsən Əliyev küçəsi ələ kəsişməsində mövcud olan dairə yenilənib.
 
Şəmsi Rəhimov küçəsinin Məmməd Araz küçəsi ilə kəsişməsindən Həsən Əliyev küçəsi ilə kəsişməsinədək olan hissəsində də köhnə asfalt-beton örtüyünün üst qatı qaşınaraq yenisi ilə əvəzlənib, zəruri olan yerlərdə səki daşları yenilənib, yeni yağış barmaqlıqları yerləşdirilib, kommunikasiya quyularının dəmir-beton plitələri və baxış qapaqları dəyişdirilib.
 
Bu gün hər iki küçədə yolun hərəkət hissəsinin üfüqi nişanlanma xətlərinin çəkilməsi işləri həyata keçiriləcək. İşlər bitəndən sonra küçələr tam olaraq sürücülərin ixtiyarına veriləcək.
 
Qeyd edək ki, hər iki küçənin uzunluğu 550 metr, eni isə 9.5 metrdir.





Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=29567

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR