"Baku Fires" qrupda son görüşünə çıxır

"Baku Fires" qrupda son görüşünə çıxır
20:12 24 Aprel 2015
25 İdman
Ölkə mətbuatı
A- A+

Aprelin 25-də Quba Olimpiya Kompleksində Ümumdünya Boks Seriyasının XIV turu çərçivəsində “Baku Fires” “Argentina Condors” klubu ilə qarşılaşacaq
RTV (Region TV) xəbər verir ki, bu gün Quba Olimpiya Kompleksində qarşılaşma öncəsi mətbuat konfransı keçirilib. Bu komandamızın qrup mərhələsində sonuncu görüşü olacaq. Klublar arasında 5 çəki dərəcəsində 4 döyüş keçiriləcək. 4 xalla qrupun aşkar autsayderi olan Argentina təmsilçisi ilə matçda Albert Səlimov rinqə çıxmayacaq.

Rio-de-Janeyro Olimpiadasına lisenziyanı təmin etdiyindən məşqçilər təcrübəli boksçuya istirahət verməyi qərara alıblar. Onun əvəzinə gənc Nəsrəddin Məmmədov Ümumdünya Boks Seriyasında debüt edəcək. Həmyerlimiz bu mövsüm 4 döyüşdə məğlub olan Nunyezlə üz-üzə gələcək. 13 qarşılaşmadan sonra “Baku Fires” 29 xalla B qrupunda 2-ci yeri tutur.

Qrupda ikinci yeri özünə təmin edən komandamız pley-offda A qrupunda 3-cü olan klubla qarşılaşacaq. Hazırda Ukrayna komandası 27 xalla A qrupunun 3-cüsüdür. Aktivində 25 xalı olan meksikalılar isə 4-cü yerdə qərarlaşıb. Quba Olimpiya İdman Kompleksində keçirilən yarışa sabah saat 19:00-da start veriləcək.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/336470.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR