Dövlət Sosial Müdafiə Fondunun gəlirləri

Ölkəmizin dayanıqlı sosial-iqtisadi inkişafı şəraitində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun gəlirlərində də artım tempi davam edir.

Nazirlikdən Metbuat.az-a verilən məlumata görə, 2018-ci ilin 9 ayında Fondun gəlirləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 16,07 faiz (və ya 406,84 milyon manat) artaraq 2938.01 milyon manata çatıb.

Bu gəlirlərin tərkibində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalarda 10,33 faiz (və ya 154,99 milyon manat) artım özünü göstərib.

Qeyri-büdcə sektoru üzrə daxilolmaların artırılması istiqamətində görülən tədbirlər də müsbət nəticəsini verir. Cari ilin yanvar-sentyabr aylarında Dövlət Sosial Müdafiə Fondunun gəlirlərində həmin sektora aid daxilolmalar üzrə 9 faizə yaxın (87,81 milyon manat) artım qeydə alınıb.

Beləliklə, qeyri-büdcə sektoru üzrə daxilolmalara dair proqnoz 103,3 faiz yerinə yetirilib.

Sabaha olan HAVA PROQNOZU - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR