Ermənistan sərhədini keçərkən saxlanılan Türkiyə
vətəndaşı haqqında təfərrüatlar məlum olub.
Publika.az xəbər verir ki, Ermənistan-Türkiyə sərhədini
qoruya Rusiya Federal Təhlükəsizlik Xidmətinin Sərhəd İdarəsinin
mətbuat xidməti saxlanılan Türkiyə vətəndaşı haqqında ilkin
məlumatları yayıb.
Məlumata görə, Türkiyə vətəndaşı kürd əsillidir, Türkiyədə ağır
cinayətlərdə şübhəli bilinir və Türkiyə hüquq-mühafizə
orqanlarından qaçmaq üçün Ermənistana keçmək istəyib.
Rusiya sərhədçilər adı açıqlanmayan qaçağı Ermənistan
hüquq-mühafizə orqanlarına təhvil verib.
Asif
##256761##