Bakıda genetik modifikasiya olunmuş məhsulların hüquqi tənzimlənməsinə dair beynəlxalq seminar keçiriləcək

Bakıda genetik modifikasiya olunmuş məhsulların hüquqi tənzimlənməsinə dair beynəlxalq seminar keçiriləcək
11:58 25 Aprel 2015
26 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 25 aprel, AZƏRTAC
Aprelin 27-də Avropa İttifaqı (Aİ) və Azərbaycan Milli Elmlər Akademiyasının İnsan Hüquqları İnstitutunun birgə əməkdaşlığı ilə Aİ-nin TAİEX proqramı çərçivəsində “Genetik modifikasiya olunmuş məhsulların (GMO) hüquqi tənzimlənməsi və risklərin qiymətləndirilməsi” mövzusunda beynəlxalq seminar keçiriləcək.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, iki gün davam edəcək beynəlxalq tədbirdə Milli Məclisin deputatları, beynəlxalq ekspertlər, eləcə də nazirlik və komitələrin nümayəndələri, alimlər, kütləvi informasiya vasitələrinin təmsilçiləri iştirak edəcək.
Seminarın məqsədi Azərbaycanda GMO məhsulları sahəsində hüquqi bazanın təkmilləşdirilməsi və Azərbaycan qanunvericiliyinin Avropa standartlarına uyğunlaşdırılması, ərzaq təhlükəsizliyinin və əhalinin sağlamlığının gücləndirilməsi istiqamətində təkliflərin verilməsidir.
Tədbirdə Azərbaycanda genetik modifikasiya olunmuş məhsulların bir sıra aspektləri ətrafında geniş fikir mübadiləsi aparılacaq.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Bakida_genetik_modifikasiya_olunmus_mehsullarin_huquqi_tenzimlenmesine_dair_beynelxalq_seminar_kechirilecek-849709

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR