“Qarabağ”ın məşhur futbolçusu Bakıda qəza törətdi - Piyadanın hər iki ayağı sındı

“Qarabağ”ın məşhur futbolçusu Bakıda qəza törətdi - Piyadanın hər iki ayağı sındı
10:42 19 Oktyabr 2018
52 İdman
Ölkə mətbuatı
A- A+

Bakıda piyadanın ağır xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Milli.Az publika.az-ıa istinadən xəbər verir ki, Suraxanı rayonu Bülbülə qəsəbəsi ərazisindən 1955-ci il təvəllüdlü Eyvazov Namiq Əbdüləzim oğlu hər iki ayağının sınığı diaqnozu ilə 3 saylı şəhər klinik xəstəxanasına çatdırılıb.

İlkin araşdırmalar zamanı məlum olub ki, piyadanı "Qarabağ" futbol klubunun qapıçısı, İslandiyanın futbol yığmasının əsas heyət üzvü 1984-cü il təvəllüdlü Hannes Haldorson idarə etdiyi 10 UC 909 nömrə nişanlı "Wolksfagen Tuareg" markalı avtomobillə vurub.

Belə ki, gecə saatlarında klubun bazasından ayrılan və "Port Baku" kompleksində yaşadığı mənzilə gedən futbolçu maşının qarşısına çıxan piyadanı vurub. O, hadisə zamanı maşından düşərək yaralıya kömək edib və onu xəstəxanaya çatdırıb. Həkimlər yaralının həyatına təhlükənin olmadığını, lakin N.Eyvazovun uzun müddət yeriyə bilməyəcəyini deyiblər.

Hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları əraziyə baxış keçirib və izahatlar alıblar.

Faktla bağlı zəruri ekspertizalar təyin edilib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/695959.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR