Belə bir deyim var: "Sağlamlığının qayğısına qalan insan xurma ilə dostluq edir". Maraqlıdır, bəs, görəsən sağlamlıq üçün faydalı olan xurmanın orqanizmə hansı müsbət təsirləri var?

Milli.Az axşam.az-a istinadən bu barədə məlumat verir:

1. Xurma beyinin fəaliyyətinə müsbət təsir göstərir, onun məhsuldarlığını 20 faizə qədər artırır.
2. Fiziki gərginlikdən sonra yaranmış yorğunluğu çıxarmaq üçün xurma yeyilərsə, 40-50 dəqiqədən sonra sərf olunmuş enerji və gümrahlıq bərpa olunar.

3. Tənəffüs yollarının xəstəlikləri zamanı xurma olduqca faydalıdır.

4. Ürək xəstəlikləri zamanı müntəzəm olaraq xurmadan istifadə etmək ürəyin tam fəaliyyətinin bərpası üçün ən yaxşı vasitələrdən biri sayıla bilər.

5. Qanazlığı, anemiya xəstəliyi zamanı xurma ən xeyirli qida məhsullarından biridir.

6. Xurma damarların və kapilyarların divarlarını möhkəmləndirir, həmçinin qan dövranını yaxşılaşdırır, yüksək qan təzyiqi olanlara müsbət təsir göstərir.

7. Xurmanın möcüzəvi faydalarından biri müxtəlif kimyəvi dərman pereparatlarının qəbulundan sonra onların orqanizmdə yaratdığı fəsadların aradan qaldırmaq xüsusiyyətidir.

8. Müntəzəm olaraq xurmadan istifadə immun sistemini gücləndirir, onu lazımi səviyyədə saxlayır.

9. Xurma ağız boşluğu, xüsusilə damaqlar üçün də xeyirlidir. Damaqlarda qanaxmaların qarşısını almaq üçün xurmadan istifadə öz effektini verir.

10. Xərçəng xəstəliklərinin, xüsusilə mədəaltı vəzin xərçəng xəstəliyinə tutulma riskini xurma kəskin şəkildə aşağı salır.

11. Böyrəklərin təmizlənməsinə yardımçı olan xurma sidikqovucu xassəyə malikdir.

12. Möcüzəvi faydaları olan xurma qaraciyərin və öd kisəsinin normal fəaliyyəti üçün də xeyirlidir.

13. Xurma maddələr mübadiləsinin tənzimlənməsində öz müsbət təsirini göstərir.

14. Xurmanın faydalarından biri də gözlərə, görmə qabiliyyətinə xeyirli olmasıdır. Xurma yeyən insanlar gözlərindən şikayətçi olmazlar.

Milli.Az