Türkiyənin məşhur müğənnisi Çelik Erişçi xeyriyyəçilik fəaliyyətini davam etdirir.

Metbuat.az xəbər verir ki, sevilən sənətçi ölkəsində maddi durumu aşağı olan insanların yaşadığı məhəllələrə gedərək onların market və apteklərə olan borclarını ödəyir. Türkiyə mediasının yazdığına görə, müğənni 70 marketdə və 100-ə yaxın aptekdə azgəlirli insanların sahibkara olan borcunu ödəyib. Çelikin bu işləri şəxsi vəsaiti və dostlarının maddi yardımı ilə həyata keçirdiyi bildirilir.

Yerli media tanınmış müğənninin xeyriyyəçilik məqsədi ilə hər ay ən azı 5 milyon lirə (təxminən 180 min manat) xərclədiyini yazıb.