Prezident İlham Əliyev "Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun Himayəçilik Şurası üzvlərinin təyin edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 3547 nömrəli sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, dəyişikliyə əsasən, sərəncamda "Sevinc Həsənova" sözləri "Şirzad Abdullayev" sözləri ilə, "Emin Hüseynov - Azərbaycan Respublikası maliyyə nazirinin müavini" sözləri "İlqar Fətizadə - Azərbaycan Respublikası maliyyə nazirinin birinci müavini" sözləri ilə əvəz edilir.
Milli.Az