"Bizi göyün 7-ci qatına qaldıran da, yerinə dibinə batıran da jurnalistlərdir" (FOTO)

"Bizi göyün 7-ci qatına qaldıran da, yerinə dibinə batıran da jurnalistlərdir" (FOTO)
13:41 13 Yanvar 2015
461 Şou
Ölkə mətbuatı
A- A+

Estrada müğənnisi Günay İbrahimli dost bildiyi jurnalistləri başına toplayaraq görüş keçirib. ANS PRESS-in məlumatına görə, tədbirin məqsədi ifaçının yeni prodüserini təqdim etmək olub. Günay həmkarı Elton Hüseynəliyevin həyat yoldaşı, hamının Toma kimi tanıdığı Tamilla xanımla işbirliyinə başlamasını hər kəsə bəyan etdi.

Media nümayəndələri ilə səmimi söhbət etmək istəyilə məclis təşkil edən populyar ifaçı onlara böyük dəyər verdiyini vurğuladı: “Biz sənətçiləri ulduz edən də, xalqa sevdirən, göyün yeddinci qatına qaldıran da, yerinə dibinə batıran da jurnalistlərdir. Bu gün onlara mənə istənilən sualı vermək üçün imkan vermək istədim. Eyni zamanda onların mənim haqqımda düşüncələrini dinləmək də çox maraqlıdır. Əlbəttə ki, indiyədək qəlbimə dəyən, incidən, əsəbləşdirən xəbərlər də olub. Lakin kinim yoxdur, tez də unutmuşam, hətta hansı xəbərin məni daha çox əsəbləşdirdiyi belə yadımda deyil. Heç zaman da jurnalistlərə zəng edib heç bir xəbəri çıxartmağı və ya başlığını dəyişməyi xahiş etməmişəm. Çünki xəbəri oxunaqlı etmək onların işidir. Mənc sənətçi özü danışığına fikir verməlidir ki, sonradan peşman olacağı söz ağzından çıxmasın”.

Səhnəyə gəldiyi gündən risk etməkdın çəkinmədiyini deyən Günay İbrahimli, həmişə öz bildiyini etdiyini deyib: "Kiminlə işləyib-işləməyəcəyimə də özüm qərar verirəm. Çünki, ucalan da enən də mən olacağam. Toma ilə məclislərdə, tədbirlərdə çox rastlaşmışdıq. Gülərüzü, mehribançılığı mənə həmişə pozitiv enerji ötürüb. Toma hər şeydən öncə mərd xanım, gözəl ailə başçısıdır. İşinin peşəkarı olan insanların tərifə ehtiyacları olmasa da bunu fəxarətlə dilə gətirirəm. Tomanın yenidən prodüser kimi fəaliyyətə başlamaq istəyini ilk öncə mənə həyat yoldaşı, sənət dostum Elton söyləmişdi. Bu məlumatı yaxşı mənada beynimə həkk etmişdim. Daha sonra ortaq dostumuz olan Aynurə Səmədova təklif irəli sürdü birgə əməkdaşlıq barəsində düşünüm. Düşünüb nəticə çıxarmağım göz önündədir. Bu sözlərim iddialı səslənsə də bu işbirliyinin uzunömürlü olmasına çalışacağam. Nə qədər səhnədə olacamsa, demək Toma məni tək qoymayacaq. Mənim üçün ən vacib olanı tərbiyədir. Toma iki qız anasıdır. Onun övladlarına necə mükəmməl tərbiyə verdiyinin şahidiyəm.

Uzun illərdən sonra prodüserlik fəaliyyətinə başlamağa qərar verərkən həmkarı Tolikdən dəstək gördüyünü söylədi: "Günayla işləməyə qərar verdiyimiz andan ilk öncə prodüser həmkarım Tolikdən dəsdək gəldi. Onun bizimlə bağlı mətbuata verdiyi açıqlamasını diqqətlə oxudum. Bu, bir çoxlarına ismarıc idi. Hansılar ki, Günaya zəng edib, mesaj yazıb deyirdilər ki, Tomadan ehtiyatlı ol, güvənmə və daha nələr... Tolikin dediyi hər bir cümlədə bir vergül var idi. O, mənim həyat yoldaşımla işləyir deyə demirəm, Tolik çox mərd oğuldur. Daim sözün düzünü adamın üzünə deyir. Tolik əgər bir insanı çox istəyirsə onun üçün ölümə də gedər, istəmirsə-istəmir.















Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=5&nid=319390

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR