Tovuzda yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az Trend-ə istinadən bildirir ki, hadisə rayonun Aşağı Öysüzlü kəndi ərazisində baş verib.

Rayonun Əlibəyli kənd sakini, 1987-ci il təvəllüdlü Quliyev Elxan Əziz oğlu idarə etdiyi "VAZ 2107" markallı avtomobillə qarşıdan gələn "NİVA" markalı avtomobil toqquşub.

Hadisə nəticəsində sürücü və sərnişinləri, həyat yoldaşı, 1994-cü il təvəllüdlü Quliyeva Aynur Nadir qızı və övladları, 2012-ci il təvəllüdlü Quliyeva Ayan Elxan qızı xəsarət alıb.

Yaralılar Tovuz rayon Mərkəzi Xəstəxanasına gətirilib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az