Ötən həftə İndoneziyada 189 nəfərin ölümü ilə nəticələnən təyyarə qəzasının səbəbi bilinib.

Milli.Az Qaynarinfo-ya istinadən xəbər verir ki, "Lion Air" şirkətinə aid təyyarənin qara qutusu açılıb. Təyyarənin spidometrinin xarab olduğu və daha əvvəl də 4 dəfə problem yarandığı müəyyənləşib.

Qeyd edək ki, qəza 28 oktyabrda təyyarə paytaxt Cakartadan Sumatraya doğru yola düşəndən 13 dəqiqə sonra baş vermişdi.

Milli.Az